Seylor Mun

Seylor Mun
Manqanın ilk şinzoban cildinin üz qabığı.
美少女戦士セーラームーン
(Bishōjo Senshi Sērā Mūn)
Janr maho-şoco
Manqa
Pretty Soldier Sailor Moon
ManqakaNaoko Takeuçi
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyatABŞ Tokyopop
Fransa Editions Montjoie və Glénat
Macarıstan Semic Interprint
Almaniya Egmont Manga & Anime
Polşa Japonica Polonica Fantastica
Malayziya Comics House
Avstraliya Random House Australia
Böyük Britaniya Turnaround Publisher Services
Nəşr tarixi28 dekabr 19913 mart 1997
Cildlər18 (cild siyahısı)
Fəsil sayı52
Anime
Seylor Mun
RejissorCuniçi Sato
Kunihiko İkuhara
Takuya İqaraşi
Prodüsserİriya Azuma
Kenci Ota
Toşihiko Arisako
Koyçi Yada
SsenaristSukehiro Tomita
Yoci Enokido
Ryota Yamaquçi
BəstəkarTakanori Arisava
StudiyaToei Animation
Digər lisenziyalarAvstraliya Madman Entertainment
ABŞKanada Viz Media
KanalTV Asahi
Digər kanallarRus dilində:
Rusiya 2х2, M1, ТNТ, Paytaxt

Qazaxıstan STV
Ukrayna İnter, Yeni kanal
İngilis dilində:
ABŞ USA Network, Cartoon Network, Syndication
Avstraliya ABC, 7, Ten
Kanada YTV, Global, TVA
İrlandiya Fox Kids
Yeni Zelandiya TV2
Böyük Britaniya Fox Kids, ITV
Digər dillərdə:

Azərbaycan ARB Şimal, AzTV, Günəş TV
Türkiyə ATV, TRT
Buraxılış tarixi3 mart 1992
8 fevral 1997
Vaxt22 dəq.
Seriyalar200 (seriya siyahısı)
Digər

Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?, azərb. Gözəl qoruyucu Seylor Mun[1])yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.

Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır.[2][3] Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır. Manqa seriyasından ilham alınaraq ranobelər, kart oyunları, şəkillər, myuzikllar, musiqilərvideooyunlar da hazırlanmışdır. Manqanın ingilis versiyasının Şimali Amerikada yayımlanması Kodansha Comics USA tərəfindən, AvstraliyaYeni Zelandiyada yayımlanması Random House Australia tərəfindən lisenziyalaşdırılmışdır. Animenin ingiliscə dublajının Şimali Amerikada göstərilməsi Viz Media tərəfindən, AvstraliyaYeni Zelandiyada göstərilməsi Madman Entertainment tərəfindən lisenziya hüququ əldə etmişdir.

Yayımlandığı gündən bu günə qədər Seylor Mun seriyasının həm anime, həm manqa versiyaları böyük rəğbət görmüş, bütün dünyada məşhur olmuşdur. Manqa seriyasının indiyə qədər 35 milyondan çox nüsxəsi satılmışdır, bu isə manqanı dünyada ən çox satılan şoco manqa seriyasına çevirmişdir. Tənqidçilər seriyaya personajlaşdırma, yumor və sənətinə görə müsbət rəylər vermişlər. Seriyanın anime versiyası Yaponiya animasiyasının Qərb dünyasına ən çox təsir etmiş animesidir.

  1. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Original Picture Collection vol. I (1st). Japan: Kodansha. 1994. ISBN 4-06-324507-1. (#accessdate_missing_url)
  2. "美少女戦士セーラームーン DVD‐COLLECTION Vol.1". toei-video.co.jp. Toei Video. 14 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2014.
  3. "美少女戦士セーラームーン DVD‐COLLECTION Vol.2(完)". toei-video.co.jp. Toei Video. 18 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy